Bayden Fransaya gedir
    • 30-05-2024, 17:38
    • 155

Bayden Fransaya gedir

Fransa Prezidentliyindən verilən məlumata görə, prezident Emmanuel Makron iyunun 8-də amerikalı həmkarı Co Baydenlə görüşəcək.

News24.az xəbər verir ki, Baydenin Fransaya ilk dövlət səfəri çərçivəsində keçiriləcək görüşdə onun həyat yoldaşı Cil Bayden də iştirak edəcək.

Qeyd edək ki, görüş Baydenin iyunun 6-da Normandiyanın enişinin 80-ci ildönümü ilə bağlı mərasimlərdə iştirak etdikdən sonra baş tutacaq.

Ağ Evdən verilən açıqlama ilə prezident Co Baydenin İkinci Dünya Müharibəsi əsnasında Normandiyaya enişinin 80-ci ildönümünü qeyd etmək üçün 5-9 iyun tarixləri arasında Normandiya və Parisə gedəcəyi təsdiqlənib.

Onu da bildirək ki, Fransa Rəyasət Heyətindən verilən açıqlamada iki liderin iqtisadiyyat, kosmos və nüvə mövzularında ikitərəfli əməkdaşlığı gücləndirmək yollarını, həmçinin Ukraynaya davamlı dəstəyini müzakirə edəcəkləri bildirilib.

Günel Məlikzadə