Bayden və ailəsi 2023-cü ildə neçə dollar qazanıb?
    • 16-04-2024, 15:32
    • 185

Bayden və ailəsi 2023-cü ildə neçə dollar qazanıb?

Bayden ailəsinin vergi bəyannaməsi aprelin 15-də dərc edilib. 

News24.az xəbər verir ki, bu, “Vergi günü” adlanır və ABŞ-da fərdi gəlir vergilərinin verilməsi üçün son gündür.

Ağ Evdən verilən açıqlamada Bayden və həyat yoldaşının birlikdə gəlir vergisi verdiyi və ümumi gəlirlərinin 619 min 976 dollar olduğu bildirilib. Açıqlamada, Bayden ailəsinin 2023-cü maliyyə ilində 146 min 629 dollar federal gəlir vergisi ödədiyi qeyd edilib.

Həmçinin Bayden və həyat yoldaşının Delaver əyalətinə 30 min 908 dollar, Virciniya əyalətinə isə 3 min 549 dollar gəlir vergisi ödədiyi, 17 müxtəlif xeyriyyə təşkilatına 20 min 477 dollar bağışladığı bildirilib.

Açıqlamada, "Prezident Bayden Amerika xalqına qarşı şəffaf olmaq əzmini bir daha nümayiş etdirdi və vəzifədə olarkən ən çox vergi bəyannaməsini dərc edən prezident oldu" deyildi.

Qeyd edək ki, Baydenin sələfi, keçmiş ABŞ prezidenti Donald Tramp 4 illik səlahiyyət müddətində vergi bəyannamələrini açıqlamaqdan imtina edib.

Günel Məlikzadə