Baydenin Netanyahuya qarşı təhqiramiz ifadələr işlətdiyi iddia edilir
    • 12-02-2024, 19:03
    • 158

Baydenin Netanyahuya qarşı təhqiramiz ifadələr işlətdiyi iddia edilir

ABŞ prezidenti bu yaxınlarda ən azı 3 şəxsi söhbətində Netanyahunu haqqında təhqiredici ifadələr işlədib.

News24.az NBC-yə istinadən xəbər verir ki, şəxsi söhbətlərində Bayden deyib ki, o, İsrailin atəşkəsi qəbul etməsi üçün çalışıb, lakin Netanyahunun bunu “burnundan gətirib”.

Netanyahu ilə başa çıxmağın mümkün olmadığını bildirən Bayden, İsrail baş naziri ilə bağlı ətrafı ilə söhbətlərində də Netanyahu haqqında “bu adam” kimi aşağılayıcı ifadələr işlədib.

ABŞ Milli Təhlükəsizlik Şurasının verdiyi yazılı açıqlamada Baydenin Netanyahu ilə bağlı sözügedən açıqlamalardan istifadə etmədiyi iddia edilib.

Bayden və Netanyahu dünən telefon danışığı keçirərək "Həmas tərəfindən saxlanılan bütün qalan girovların azad edilməsini təmin etmək üçün davam edən səyləri" müzakirə ediblər.

Ağ Evdən verilən yazılı açıqlamada Baydenin Netanyahuya “Rəfəhdə 1 milyondan çox insanın təhlükəsizliyini təmin edəcək etibarlı və mümkün plan olmadan hərbi əməliyyat başlamamalı” fikrini təkrarladığı bildirilib.

Günel Məlikzadə