Tramp: Bu qərar biabırçılıqdır
    • 31-05-2024, 09:26
    • 216

Tramp: Bu qərar biabırçılıqdır

Münsiflər heyəti ABŞ-ın keçmiş prezidenti və 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın 6 həftədir davam edən “susma payı” işində qərar verib.

News24.az xəbər verir ki, məhkəmənin 7-si kişi olmaqla 12 nəfərdən ibarət jüri heyəti Trampın “susmalı pul” işində ona qarşı irəli sürülən 34 ayrı ittihamın hamısında günahkar olduğuna qərar verib.

ABŞ TARİXİNDƏ İLK

Beləliklə, ABŞ tarixində ilk dəfə olaraq ona qarşı irəli sürülən ittihamlarla hakim qarşısına çıxan keçmiş prezident təqsirli bilinib.

Münsiflər heyətinin qərarından sonra mətbuata verdiyi qısa açıqlamada Tramp, "Qəbul edilən qərar biabırçılıqdır, mən günahsızam. Əsl qərar 5 noyabrda keçiriləcək prezident seçkilərində çıxacaq. Biz sona qədər davam edəcəyik" deyib.

Ölkənin cəhənnəmə çevrildiyini müdafiə edən Tramp, işin siyasi rəqibləri tərəfindən gündəmə gətirildiyini təkrar edərək, “Bizim böyük problem içində olan bir ölkəmiz var. Bu saxtakar bir qərardır, bu hakimin bu məhkəməni dinləməsinə heç vaxt icazə verilməməli idi" deyib.

İşə sədrlik edən hakim Xuan Merçan münsiflər heyətinin qərarını verdikdən sonra Trampa hökmün veriləcəyi tarix kimi 11 iyul 2024-cü il tarixini təyin edib.

BAYDENİN BƏYANATI

Prezident Co Bayden sosial mediada “Donald Trampı Oval Ofisdən uzaq tutmağın yeganə yolu var: Seçki qutusu” sözlərini paylaşıb. 

Günel Məlikzadə