Vəzifəsindən azad olunan icra başçısı KİM İDİ? - DOSYE
    • 31-05-2024, 11:14
    • 783

Vəzifəsindən azad olunan icra başçısı KİM İDİ? - DOSYE

Xəbər verdiyimiz kimi, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov bu gün vəzifəsindən azad edilib.

News24.az vəzifəsindən azad olunan icra başçısının dosyesini təqdim edir.

Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. 

Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır. İcra Hakimiyyətinin Başçısı vəzifəsində 18.12.2007-ci il tarixindən çalışır. Ailəlidir, 1 oğlu, 2 qızı vardır.


Qeyd edək ki, yaxın günlərdə Qusarda meşəlik ərazilərdə ağacların kəsilməsi ilə bağlı KİV-də məlumatlar yayılmışdı.

Aqil Qarayev