-
- 31-05-2024, 15:09
- 286
Dünyada ilk: Süni intellekt xəstəxanası açıldı
Elmi fantastika filminin süjeti kimi görünsə də, dünyada robot həkimlərin olduğu ilk süni intellekt xəstəxanası Çində açılıb.
News24.az xəbər verir ki, bu yaxınlarda dərc edilən hesabata görə, robot həkimlərdən ibarət olan xəstəxana gündə 3 min xəstəni müalicə edə və milyonlarla insanı xilas edə biləcək.
Qeyd edək ki, Pekindəki Tsinghua Universitetinin tədqiqatçıları avtonom qarşılıqlı əlaqə vasitəsilə işləyəcək Agent Xəstəxanası layihəsi üzərində işləyirlər.
Süni intellekt xəstəxanası son inkişaf mərhələsindədir və bu ilin ikinci yarısında xəstələrin qəbuluna başlayacağı gözlənilir.
DİAQNOZ VƏ MÜALİCƏ ÜSULLARI TƏKMİLLƏŞDİRİLƏCƏK
Agent Hospitalın tədqiqat qrupunun rəhbəri Liu Yang Global Times-a bildirib ki, süni intellekt xəstəxanası həkimlərin xəstəliklərin diaqnozu və müalicəsi üsulunu dəyişəcək.
İNSAN HƏKİMLƏRDƏN ÇOX DAHA SÜRƏTLİ
“Global Times”ın məlumatına görə, süni intellektli həkimlərin cəmi bir neçə gün ərzində 10 min xəstəni müalicə edə biləcəyi düşünülür.
Eyni rəqəmlərə çatmaq üçün bir insan həkimi iki ildən çox işləməli olacaq.
Süni intellekt üzrə həkimlər həmçinin əsas tənəffüs xəstəliklərini əhatə edən MedQA verilənlər bazasında (ABŞ Tibbi Lisenziyalaşdırma İmtahan sualları) böyük 93,06 faiz dəqiqliyə nail ola bilərlər.
(Xəbərlərdəki görüntülər Canva-nın süni intellektli vizual yaradıcısından istifadə etməklə hazırlanıb.)
Günel Məlikzadə