-
- 31-05-2024, 15:53
- 185
Moskvadan Stoltenberqə cavab
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun baş katibi Yens Stoltenberqin Qərbin Ukraynaya verdiyi silahlarla bağlı açıqlamalarını dəyərləndirib.
News24.az xəbər verir ki, ötən gün Avropa Birliyi Müdafiə Nazirləri Toplantısı öncəsi mətbuata verdiyi açıqlamada Stoltenberq "Ukraynanın verdiyi silahlarla Rusiya ərazisini vurmaq hüququ olmalıdır" ifadələrinə verilən reaksiyalara cavab verib.
Ukraynada davam edən münaqişənin "təcavüz müharibəsi" olduğunu bildirən Stoltenberq: "Rusiya başqa qitəyə hücum edib, başqa ölkəni işğal edib. Ukraynanın da milli qanunlara görə özünümüdafiə hüququ var" deyib.
Stoltenberqə cavab verən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Stoltenberqin açıqlamaları “bu silahların əvvəldən Rusiya ərazisindəki hədəflərə qarşı istifadə edildiyini göstərir”.
Digər tərəfdən, Kreml bu gün verdiyi açıqlamada Ukraynanın ABŞ-ın verdiyi silahlarla Rusiya ərazisindəki hədəfləri vurmaq cəhdlərindən xəbərdar olduğunu bildirib.
ABŞ rəsmiləri dünən Reuters agentliyinə bildiriblər ki, prezident Co Bayden Ukraynanın Rusiya ərazisindəki hədəflərə qarşı Amerika tərəfindən təchiz edilmiş silahlardan istifadəsinə qoyulan məhdudiyyətləri gizli şəkildə aradan qaldırıb.
Peskov bu gün verdiyi açıqlamada, "Bizim bu xüsusi qərarla bağlı heç nə bilmirik. Ümumilikdə bildiyimiz odur ki, ABŞ-ın istehsal etdiyi silahlarla Rusiya ərazisini vurmaq cəhdləri var. Bu, bizim üçün kifayətdir və ABŞ-ın münaqişəyə nə dərəcədə qarışdığı haqqında çox şey deyir".
Günel Məlikzadə