-
- 21-02-2024, 23:20
- 519
Müharibənin istiqaməti dəyişir – Zaxarovadan kritik açıqlama
NATO Ukraynaya silah tədarükünün koordinatoru rolunu öz üzərinə götürməklə Ukraynadakı münaqişədə birbaşa iştirakını açıq şəkildə bəyan edir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova NATO baş katibi Yens Stoltenberqin məsələ ilə əlaqədar açıqlamasına diqqət çəkib. Stoltenberq bildirib ki, Kiyevə hərbi yardımın ayrılması məsələsi təkcə “Ramşteyn” formatında yox, həm də Ukrayna-NATO Şurasının iclaslarında müzakirə olunacaq.
“Başqa sözlə, alyans ABŞ və Avropa Birliyi tərəfindən ayırmalarla bağlı çətinliklər fonunda Zelenski rejiminə silah tədarükü üzrə koordinator rolunu öz üzərinə götürmək niyyətindədir. Belə görünür ki, NATO münaqişədə birbaşa iştirakından açıq danışır”, - Zaxarova vurğulayıb.
Rusiya bundan əvvəl Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərib. Xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün istənilən hərbi yük legitim hədəfə çevriləcək. Rusiya Xarici İşlər Nazirliyi də bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə odla oynayırlar.