Blinkendən Ukrayna və Qəzza ilə bağlı açıqlamalar
    • 31-05-2024, 17:33
    • 170

Blinkendən Ukrayna və Qəzza ilə bağlı açıqlamalar

ABŞ dövlət katibi Antoni Blinken NATO Xarici İşlər Nazirlərinin Praqada keçirilən qeyri-rəsmi toplantısından sonra açıqlama verib.

News24.az xəbər verir ki, iyulda keçiriləcək NATO-nun Vaşinqton Sammitinin bu kritik dövrdə çox vacib olduğunu vurğulayan Blinken, sammitdə Ukraynanın NATO-ya yaxınlaşması üçün konkret addımların atılacağını vurğulayıb.

ABŞ-ın Ukraynanın NATO-ya üzvlüyü üçün körpü rolunu oynayacağını qeyd edən Blinken, Ukraynanın döyüş meydanında Rusiyaya qarşı ABŞ silahlarından istifadə imkanının ABŞ prezidenti Bayden tərəfindən təsdiqləndiyini bildirib.

Blinken bəyanatı zamanı həmçinin bildirib ki, NATO müttəfiqləri Çinin Rusiyanın müdafiə sənayesinə verdiyi dəstəkdən narahatdırlar.

Görüşdən sonra açıqlama verən dövlət katibi Blinken İsrailin Qəzzada davam edən hücumları və humanitar böhrandan da danışıb.

Qəzzada humanitar böhranın ciddi olaraq qaldığını bildirən Blinken, Rəfah sərhədinin bağlanmasının humanitar yardımların keçidini dayandıraraq bu böhranı xeyli pisləşdirdiyini bildirib.

Blinken həmçinin Qəzzada mülki əhalinin əsas ehtiyaclarının yetərli olmadığını bildirib və ABŞ-ın Qəzzaya yardımların paylanması üçün intensiv şəkildə çalışdığını vurğulayıb.

Günel Məlikzadə