-
- 31-05-2024, 17:50
- 290
FED-in inflyasiya göstəricisi artdı
ABŞ Federal Ehtiyat Sisteminin (FED) üstünlük verdiyi inflyasiya göstəricisi olan fərdi istehlak xərcləri (PCE) qiymət indeksi, proqnozlara uyğun olaraq aprel ayında bir əvvəlki aya görə 0,3% artıb.
News24.az xəbər verir ki, Fed, 2 faizlik inflyasiya hədəfinə nail olmaq üçün PCE indeksindəki artımın aylıq 0,2 faizlə məhdudlaşdırılmasını istəyir.
Onu da bildirək ki, ABŞ-da faiz dərəcələrinin uzun müddət yüksək səviyyədə qalma ehtimalı aktivlərin qiymətlərinə təzyiq göstərir.
Qeyd edək ki, ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, iqtisadi fəaliyyətin üçdə ikisindən çoxunu təşkil edən istehlak xərcləri aprel ayında bir əvvəlki aya nisbətən mövsümi təsirlərdən təmizlənmiş 0,2% artımla gözləntilərin altında yüksəlib.
Mart ayında 0,8% olaraq açıqlanan istehlak xərclərinin artımı 0,7% olaraq yenidən nəzərdən keçirilib.
Günel Məlikzadə