-
- 22-06-2019, 12:25
- 754
Dövlət orqanların fəaliyyətinin qiymətləndirməsi ilə bağlı tədbir keçirilib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA (Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramı çərçivəsində “Dövlət idarəçiliyində səmərəli nəzarət mexanizmi” adlı seminar keçirilib.
DİM-dən News24.az-a verilən məlumata görə, seminar “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”da dövlət orqanlarında idarəetmənin təkmilləşdirilməsi üçün nəzərdə tutulan “8.9.1. Dövlət orqanlarının struktur bölmələrinin fəaliyyətini qiymətləndirmə sisteminin formalaşdırılmasına dair təkliflər hazırlanması” tədbirinə dəstək məqsədilə dövlət qulluğunda daxili nəzarət ilə bağlı struktur bölmələrdə çalışan şəxslər üçün keçirilib. Bu təlimin keçirilməsində əsas məqsəd daxili nəzarət üzrə fəaliyyətin uyğunluğu və qiymətləndirilməsi, eləcə də dövlət orqanlarında daxili nəzarət funksiyalarını həyata keçirən struktur bölmənin əməkdaşlarının daxili nəzarət sisteminin səmərəliliyinin və effektivliyinin yoxlanılması bacarıqlarını artırmaqdır.
Seminar SİGMA-nın ekspertləri və təcrübəli nəzarət mütəxəssisləri olan Miroslawa Boryczka, Ciaran Spillane, Andra Larin və Dorota Rosinska tərəfindən iştirakçılara təqdim olunub.
Seminarın ilk günündə ekspertlər tərəfindən dövlət sektorunda daxili nəzarət sistemlərinin verifikasiyası və “post faktum” xarakterli nəzarət mexanizmlərinin əlavə dəyəri və rolu, dövlət idarəçiliyində daxili nəzarət sisteminin əsas mexanizmləri, maliyyə, uyğunluq və fəaliyyət nəzarətləri, idarəetmənin və nəzarətə hazırlığın daxili nəzarətin planlaşdırılmasına təsiri və qurumda nəzarət mexanizminin səmərəliliyinin yoxlanılması haqqında təqdimatlar edilib, o cümlədən iştirakçılar qeyd olunan mövzularda müzakirələrə və təcrübi məşğələlərə cəlb olunublar.
Seminarın növbəti günündə risklərin qiymətləndirilməsi və idarəedilməsi və nəzarətin planlaşdırılması və hazırlanması haqqında ekspertlər iştirakçılara geniş məlumat verib və iştirakçılar yenidən qrup məşğələləri çərçivəsində verilən tapşırıqları yerinə yetiriblər.
Seminarın sonunda təqdim edilən alət və metodların təcrübədə tətbiqi, əldə olunan nəticə və qarşıda duran çətinliklər haqqında müzakirələr aparılıb.