-
- 1-06-2024, 14:00
- 363
BVF-dən Ukraynaya 2,2 milyardlıq KREDİT
Beynəlxalq Valyuta Fondundan verilən açıqlamada, BVF və Ukrayna rəsmilərinin ümumilikdə 15,6 milyard dollar dəyərində 4 illik maliyyə paketinin dördüncü nəzərdən keçirilməsi ilə bağlı heyət səviyyəsində razılaşdıqları bildirilib.
News24.az xəbər verir ki, Ukraynanın BVF İcraçı Direktorlar Şurasının təsdiqi şərti ilə təxminən 2,2 milyard dollar əldə edə biləcəyi qeyd edilib.
Həmçinin makroiqtisadi sabitliyin qorunması, iqtisadi islahatların aparılması üçün yenilənmiş iqtisadi və maliyyə siyasətləri haqqında razılığın əldə edildiyi bildirilib. Əlavə edilib ki, Ukrayna iqtisadiyyatı ilin birinci rübündə davamlı artım nümayiş etdirir və inflyasiya ilə mübarizə aparır.
Müharibə davam etdikcə risklərin yüksək olduğu və artdığı, ilin qalan hissəsi ilə bağlı proqnozun isə kifayət qədər qeyri-müəyyən qaldığı bildirilib.
Günel Məlikzadə