Bakıda məzardan 110 manatlıq çələng oğurladı, cəzasını aldı
    • 1-06-2024, 17:35
    • 146

Bakıda məzardan 110 manatlıq çələng oğurladı, cəzasını aldı

Bakıda qəbir üstündən 110 manatlıq gül çələngi oğurlayan şəxs həbs edilib. 

News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda yerləşən qəbristanlıqların birində baş verib. 

Emin adlı şəxs dünyasını dəyişən atasının məzarına 110 manatlıq gül çələngi qoyub. 

1986-cı il təvəllüdlü Zabil Hümmətov (ad, soyad şərtidir) məzarlıqda gəzəndə həmin çələngi görüb. 

İşləmədiyi üçün gülləri götürüb satmaq istəyib. 

O saxlanılaraq, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 gün müddətinə inzibati həbs edilib.