TƏCİLİ açıqlama: Vətəndaşlara XƏBƏRDARLIQ EDİLDİ
    • 1-06-2024, 21:53
    • 9 561

TƏCİLİ açıqlama: Vətəndaşlara XƏBƏRDARLIQ EDİLDİ


Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən verilən narıncı və sarı xəbərdarlığa əsasən hazırda Bakıda və Abşeron yarımadasında və ölkənin bəzi rayonlarında güclü küləkli hava şəraiti hökm sürür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova  bildirib ki, küləyin daha da güclənəcəyini nəzərə alaraq vətəndaşlardan ehtiyatlı davranmağı tövsiyə edirik:

"İlk növbədə uşaqları küləkli havada nəzarətsiz buraxmamaq, nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamamaq 

gərəkdir. Öncədən verilən xəbərdarlıqlara diqqət yetirərək tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərinin altında dayanmayın."//apa