Fransada xalq gecəni küçələrdə keçirdi - FOTO
    • 1-07-2024, 10:26
    • 185

Fransada xalq gecəni küçələrdə keçirdi - FOTO

Fransada keçirilən növbədənkənar ümumi seçkilərin birinci turunda ifrat sağçılar səsvermədə birinci olub.

News24.az xəbər verir ki, qeyri-rəsmi nəticələrə görə, ifrat sağçı Milli Mitinq Partiyası 34 faiz səs toplayıb.

İfrat sağçılar əleyhdarı nümayişçilər paytaxt Parisin simvolik əhəmiyyətli nöqtəsi olan Respublika meydanına toplaşıb.

Fələstin bayraqları daşıyan nümayişçilər RN əleyhinə şüarlar səsləndiriblər.

Digər tərəfdən, ölkənin ikinci böyük şəhəri olan Lionda təxminən 800 antifaşist insan nümayiş keçirib.

Qeyd edək ki, nümayişçilər ictimai əmlaka ziyan vurub, zibil qutularını yandırıblar.

Təhlükəsizlik qüvvələri Cümhuriyyət küçəsində nümayişçilərə bibər qazı ilə müdaxilə ediblər.

Bəzi maskalı fəallar Lionun 1-ci rayonunda bələdiyyə binasına daxil olmağa çalışsalar da, buna nail ola bilməyiblər.

Günel Məlikzadə