Qaxda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı TƏFƏRRÜATLAR - VİDEO
    • 1-07-2024, 09:59
    • 310

Qaxda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı TƏFƏRRÜATLAR - VİDEO

Qaxda dəhşətli yol qəzası baş verib.

News24.az xəbər verir ki, ağır yol qəzasında bir ailənin üç üzvü ölüb, daha yeddi nəfər xəsarət alıb.

Ailə dünən axşam saatlarında Qax rayonu Əmbərçay kəndi ərazisində qəzaya düşüblər. Onların içərisində olduğu avtomobil digər maşınla toqquşub. Nəticədə   Şəki rayon Cəfərabad kənd sakini 35 yaşlı Həbib Qurbanov və onun  anası 62 yaşlı Gülnarə Qurbanova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüblər. Onun həyat yoldaşı  35 yaşlı Aygün Qurbanova isə xəstəxanada  dünyasını dəyişib. Digər sürücü və hər iki maşında olan 6 sərnişin  isə xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisədə dünyasını dəyişən ailə üzvləri  Şəkinin  Cəfərabad kəndində dəfn ediliblər. Yaxınlarını bildirdiyinə görə Ailə Baləkəndən qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.