Çinin kosmik aparatı Ayın əks tərəfinə enib
    • 2-06-2024, 11:58
    • 175

Çinin kosmik aparatı Ayın əks tərəfinə enib


Çinin “Çane-6” kosmik gəmisinin eniş modulu Ayın uzaq tərəfindəki təyin olunmuş Cənub Qütbü-Eytken bölgəsinə uğurla enib.

News24.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) məlumat yayıb.

Məlumata görə, cihaz Ay nümunələri toplamaq üçün nəzərdə tutulub.

“Queqiao-2” retranslyator peykinin dəstəyi ilə “Çane-6” eniş aparatı Cənub Qütbü-Eytken hövzəsində təyin olunmuş yerə uğurla eniş edib”, – məlumatda deyilib.

Mayın 3-də Çin Haynan adasının şərq sahilindəki “Vençan” kosmodromundan CZ-5 Y8 daşıyıcı raketindən istifadə edərək “Çane-6”nı kosmosa çıxarıb.

Missiyanın 53 gün davam edəcəyi gözlənilir.