Çinin Marsa yolladığı zond uğurlu eniş etdi - VİDEO
    • 15-05-2021, 09:51
    • 315

Çinin Marsa yolladığı zond uğurlu eniş etdi - VİDEO

Çinin "Tyanven-1" kosmik aparatı Marsa uğurlu eniş edib. 

News24.az xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.

Bildirilib ki, 15 may tarixində Çinin Marsa ilk kəşfiyyat missiyası çərçivəsində "Tyanven-1" kosmik aparatı planetin cənub Utopiya düzənliyində əvvəlcədən seçilmiş əraziyə enib.