Kürdəmirdə AĞIR QƏZA, sürücü öldü
    • 2-06-2024, 13:41
    • 146

Kürdəmirdə AĞIR QƏZA, sürücü öldü


Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

News24.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Qələndərov İntiqam İsrayıl oğlunun idarə etdiyi "KamAZ" markalı yük maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü ağır bədən xəsarəti alıb. Yaralı dərhal təcili-tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.