Cəlilabadda direktor iş otağında ölü tapılıb
    • 13-05-2019, 10:21
    • 742

Cəlilabadda direktor iş otağında ölü tapılıb

Cəlilabad rayonunda muzey direktorunun iş yerində meyiti tapılıb.

Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, 1955-ci il təvəllüdlü Ağayar Nəsirovun iş yerindəki otağından meyiti aşkar edilib.
Məlumata görə, mərhum dünən günorta saatlarında vəfat edib. Onun meyiti isə dünən gecə saatlarında aşkar edilib. İlkin məlumata görə, muzey direktoru ürəktutmasından vəfat edib.