Azərbaycanda müğənninin yazdıqları başına bəla oldu - MƏHKƏMƏYƏ VERİLDİ
    • 13-05-2019, 10:30
    • 1 470

Azərbaycanda müğənninin yazdıqları başına bəla oldu - MƏHKƏMƏYƏ VERİLDİ

Şamaxıda yaşayan gənc muğam ifaçısı Elim Ömərov barəsində polisə şikayət daxil olub.

News24.az-ın məlumatına görə, bölgnin tanınmış müğənnilərindən olan və ölkəmiqyaslı muğam yarışlarının iştirakçısı olmuş Elim Ömərovun internetdə bir nəfəri təhqir etdiyi bildirilib.

Şamaxı Rayon Polis İdarəsinə daxil olan müraciət daha sonra Cinayət Məcəlləsinin 148-ci, yəni, təhqir maddəsinə əsasən məhkəməyə göndərilib.

Məhkəmə müğənni barəsində qərar verəcək.