-
- 3-06-2024, 13:59
- 235
Cənubi Koreya Şimali Koreya ilə razılaşmanı dayandıracaq
Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurası, Pxenyanın sərhəddən yüzlərlə zibil dolu şar göndərməsindən sonra Seulun 2018-ci ildə nüvə silahına malik Şimali Koreya ilə "hərbi gərginliyi azaltmaq" məqsədi ilə imzaladığı müqaviləni tamamilə dayandıracağını açıqlayıb.
News24.az xəbər verir ki, Seul keçən il Şimali Koreyanın orbitə casus peyki yerləşdirməsindən sonra müqaviləni qismən dayandırıb.
Bununla belə, son zibil balonu insidentlərindən sonra “iki Koreya arasında qarşılıqlı etimad bərpa olunana qədər “19 sentyabr Hərbi Müqaviləsi”nin tam dayandırılması müzakirə olunacaq”.
Xatırladaq ki, keçən həftə Pxenyan cənubdakı fəallar tərəfindən rejim əleyhinə təbliğat aparan vərəqələrə cavab olaraq, siqaret kötükləri və peyin də daxil olmaqla zibillə dolu Cənuba minə yaxın şar göndərib.
Günel Məlikzadə