SON DƏQİQƏ: Türkiyədə təlim təyyarəsi qəzaya uğradı - VİDEO
    • 4-06-2024, 11:35
    • 144

SON DƏQİQƏ: Türkiyədə təlim təyyarəsi qəzaya uğradı - VİDEO

Kayseridə təlim təyyarəsi qəzaya uğrayıb. Ekipajdan xəbər olmadığı öyrənilib.

News24.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi məsələ ilə bağlı sosial media hesabında açıqlama verib.

Bəyanatda aşağıdakı ifadələrdən istifadə edilib:

"Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığımıza məxsus SF-260D tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Axtarış-xilasetmə işlərinə başlanılıb".

Günel Məlikzadə