Yunanıstan təyyarəsi qəzaya uğradı
    • 30-01-2023, 14:56
    • 165

Yunanıstan təyyarəsi qəzaya uğradı

Yunanıstanda döyüş təyyarəsi İon dənizində qəzaya uğrayıb.

News24.az xəbər verir ki, Andravida bazasından havaya qalxan F-4 təyyarəsi yerli vaxtla saat 10:30 radələrində dənizə düşüb.

Yunanıstan Baş Qərargahı qəzanın Andravida hava limanından təxminən 40 kilometr aralıda təlim uçuşu zamanı baş verdiyini bildirib.

Xilasetmə əməliyyatında Hərbi Hava Qüvvələrinə məxsus iki AB-205 helikopterinin, Hərbi Dəniz Qüvvələrinə aid bir S-70 helikopterinin və sahil mühafizə dəstələrinin iştirak etdiyi qeyd edilib.