Bal ayı faciəyə döndü - 2 günün gəlini hoteldə öldü
    • 4-06-2024, 15:57
    • 3 056

Bal ayı faciəyə döndü - 2 günün gəlini hoteldə öldü

Türkiyədə ailə faciəsi yaşanıb.

News24.az Milli.Az-a bildirir ki, balayı üçün Kapadokiyaya gedən təzə gəlin Nazlı Can Göksu hoteldə keçinib.

İyun ayının 1-də Sivasda ailə quran cütlük balayı üçün Kapadokiyaya gediblər. Balayının 2-ci günündə gəlinin anidən halı pisləşib. Təcili olaraq xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılıb. Autopsiya nəticəsində məlum olub ki, qadın ürəktutma səbəbindən dünyasını dəyişib.