-
- 4-06-2024, 17:14
- 290
Dünyanın ən uzun uşağı: 10 yaşında, 1.90 boyunda
Nadir bir xəstəlik səbəbiylə boyu 1,90 metr olan 10 yaşlı uşaq "dünyanın ən uzun uşağı" olmanın bəzi acı həqiqətlərini üzə çıxarıb.
News24.az xəbər verir ki, oğlan Ceyson hipofiz vəzinin davamlı olaraq böyümə hormonu ifraz etməsinə səbəb olan gigantizm sindromundan əziyyət çəkir.
Bu pozğunluq anormal boy artımına, eləcə də müxtəlif yumşaq toxuma dəyişikliklərinə səbəb olur.
Ceyson doğulanda çəkisi 5 kilodan çox, boyu 66 santimetr oolub. Bu o deməkdir ki, o, orta körpə oğlandan 30 santimetr uzun doğulub.
Balaca oğlanın 7 yaşı tamam olanda boyu 1,80-dən yuxarı idi. On yaşında o, 1.90 boyu ilə əksər yetkin kişiləri geridə qoymağı bacarıb.
Qeyd edək ki, Ginnesin Rekordlar Kitabı tərəfindən "dünyanın ən uzun uşağı" olaraq təyin olunan Ceyson nəhəng ölçüsündən utanmır və ictimaiyyət qarşısında necə göründüyünə əhəmiyyət verməməyi öyrənir.
Əvvəlki müsahibələrində "Dünyanın ən uzun uşağı olmaqdan qürur duyuram" deyib.
Təəssüf ki, anası Mandy etiraf edib ki, Ceysonun səhhəti zamanla pisləşib.
Ceysonun qarşılaşdığı ən böyük problemlərdən biri nəhəng ayaqlarına uyğun ayaqqabı tapmaqdır.
Günel Məlikzadə