İstanbulda 60 yaşlı kişiyə inanılmaz cəza – FOTO
    • 5-06-2024, 19:55
    • 200

İstanbulda 60 yaşlı kişiyə inanılmaz cəza – FOTO

İstanbulda məhkəmə uşaqlara təcavüzdə təqsirləndirilən 60 yaşlı Metin Şenay barəsində hökm elan edib.

News24.az oxu.az-a istinadən xəbər verir ki, o, 293 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham tərəfi Şenaya 331 il 6 ay həbs cəzası istəyib.

İstintaqın məlumatına görə, pedofil Bağçılar rayonunda su satışı ilə məşğul olan kiçik mağazada işləyirmiş. 2019-2023-cü illərdə o, mağazada gizli, pəncərəsiz, səs keçirməyən otaqda uşaqlara təcavüz edib. Otağın divarına bütün qurbanlarının adlarını yazıb.

Ən azı dörd zorlama faktı sübuta yetirilib. Hücum qurbanlar arasında onun qohumlarının uşaqları da var.