11 yaşlı uşağı maşın vurdu
    • 5-06-2024, 23:38
    • 147

11 yaşlı uşağı maşın vurdu


Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 2013-cü il təvəllüdlü Məmmədli Uğur Mehman oğlunu vurub. Dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılan uşağa sol çiyin və kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda xəstənin vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.