-
- 6-06-2024, 11:32
- 367
"Nvidia" 3 trilyon dolları ötdü
Nvidia-nın səhmlərinin qiyməti 5,16 faiz artaraq 1224 dollar olub. Səhmlərinin artması ilə Nvidia-nın bazar dəyəri ilk dəfə 3 trilyon dollar səviyyəsini keçib.
News24.az xəbər verir ki, çip istehsalçısının səhmlərinin qiyməti ilin əvvəlindən 146 faizdən çox artıb. Nvidia-nın süni intellekt çiplərinə tələbatın artması şirkətin səhmlərinin artmasında təsirli olub.
Nvidia, bazarın sonuna kimi 3,011 trilyon dollarlıq bazar dəyərinə çataraq, Apple-ı geridə qoyaraq dünyanın ikinci ən dəyərli şirkəti olub.
Apple səhmləri bu gün təxminən 1 faiz artsa da, şirkətin bazar dəyəri 3003 trilyon dollar olaraq qalıb.
Xatırladaq ki, Nvidia fevral ayında bazar dəyərinə görə əvvəlcə Amazon, sonra isə Alphabet-i geridə qoyaraq dünyanın 3-cü ən böyük şirkəti olub.
Eyni zamanda, Microsoft 3,15 trilyon dollar dəyərində dünyanın ən dəyərli şirkətidir.
Günel Məlikzadə