Məktəbli dostunu güllələdi
    • 6-06-2024, 12:19
    • 127

Məktəbli dostunu güllələdi

Dağıstanın Babayurt rayonunda məktəbli evindən tapança oğurlayıb və təsadüfən dostunu güllələyib. 

News24.az xəbər verir ki, bu barədə Mash Gor məlumat yayıb.

Hadisə Babayurt rayonunun Dağıstan kəndinin kənarında baş verib. O, silahı dostlarına göstərirdi və təsadüfən tətiyə toxunub, güllə doqquz yaşlı dostunun başına dəyib.

Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə