Şolz: Onlar deportasiya edilməlidir
    • 6-06-2024, 15:13
    • 283

Şolz: Onlar deportasiya edilməlidir

Almaniya kansleri Olaf Şolz bu gün Bundestaqda mühüm açıqlamalar verib.

News24.az xəbər verir ki, ölkədə ağır cinayətlər törədən Əfqanıstan və Suriya vətəndaşlarının deportasiya edilməli olduğunu bildirən Şolz, "Ciddi cinayətkarlara və terror təhdidlərinə burada yer yoxdur" deyib

Kansler həmçinin ölkədə “terror cinayətlərinin təriflənməsi” anlayışının olmayacağını bəyan edib və deportasiya qaydalarının sərtləşdiriləcəyini açıqlayıb.

"Terrorizmi tərifləyən hər kəs bizim bütün dəyərlərimizə ziddir və deportasiya edilməlidir", - o əlavə edib.

Ukraynanın Rusiya ərazisində alman silahlarından istifadə etməsinə icazə verildiyini xatırladan baş nazir Şolz, “Ukrayna beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq bizim və müttəfiqlərimizin verdiyi silahlardan hər zaman istifadə edə bilər” deyib.

Qeyd edək ki, keçən həftə Almaniyanın Manheym şəhərində əfqan bir nəfərin polis əməkdaşını öldürməsindən sonra ölkədə əfqan və suriyalıların deportasiyası məsələsi müzakirə olunub.

Məlumdur ki, Almaniya Daxili İşlər Nazirliyi bu məsələ üzərində işləyir və Əfqanıstan və onun qonşu dövlətləri ilə danışıqlar aparır.

2021-ci ilin avqustunda Taliban Kabildə hakimiyyəti ələ keçirdikdən sonra Almaniya əfqanları deportasiya etməyib.

Günel Məlikzadə