-
- 7-06-2024, 11:08
- 263
Qan donduran hadisə: Həm təcavüz, həm də qətl
Əvvəlcə təqib, sonra isə qətl törətdi.
News24.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Universitet tələbəsi N.Ü səhər saat 06:00 radələrində yataqxanadan çıxaraq universitetə getməyə başlayıb. Bir müddət sonra N.Ü arxasınca bir avtomobil gəldiyini anlayıb.
O sürətini artırarkən, maşın da ara məhəlləyə daxil olub. İddiaya görə, nəqliyyat vasitəsindən düşən şəxs əlindəki bıçaqla N.Ü-yə tərəf qaçıb.
Şübhəli şəxs bıçağı N.Ü-nün sol biləyinə dirəyərək, ona təcavüz etməyə cəhd edib. N.Ü. əlindəki qəhvə dolu termosla şübhəlinin başına 4-5 dəfə zərbə endirib və qışqırıb.
Bunun üzərinə şübhəli qaçarkən N.Ü. polisə gedərək, şikayət ərizəsi yazıb.
Polis şübhəlinin tutulması üçün əməliyyata başlasa da, həmin gün Əli A. adlı şəxs qəzaya qarışdığını polisə bildirib.
Polis Əli A.-nı maşınının yanında tapıb. Avtomobili ilə velosipedi vuran və Cihan Mertin ölümünə səbəb olan Əli A.-nın təcavüz iddiası ilə müraciət edən N.Ü-nün şikayət etdiyi şəxs olduğu da üzə çıxıb.
Əli A.-nın təqib hadisəsindən 1,5 saat sonra qəzaya düşdüyü müəyyən edilib. Təcavüz iddiaları ilə qəzadan əvvəl qəsblə məşğul olduğu müəyyən edilən Əli A. nəzarətə götürülüb. 3 cinayətə görə məsuliyyətə cəlb edilən Əli A. həbs edilib.
Günel Məlikzadə