Zaur Mikayılov öz qudasını agentliyə aparat rəhbəri təyin etdi
    • 7-06-2024, 11:41
    • 347

Zaur Mikayılov öz qudasını agentliyə aparat rəhbəri təyin etdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni aparat rəhbəri təyin edilib.

News24.az Manset.az-a istinadla bildirir ki, agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.

Fuad Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, yeni təyin edilən aparat rəhbəri  Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır.