Himalay dağlarından 4 cəsəd tapıldı
    • 7-06-2024, 12:45
    • 192

Himalay dağlarından 4 cəsəd tapıldı

“The Himalayan Times” qəzetinin məlumatına görə, Himalaydakı bəzi dağların, o cümlədən dünyanın ən hündür dağı Everestin illik təmizlənməsi işləri aparılıb.

News24.az xəbər verir ki, Nepal ordusundan verilən açıqlamada 55 gün davam edən təmizlik nəticəsində Everest, Nuptse və Lhotse dağlarının zirvələrindən 11 ton zibil yığıldığı, 4 cəsəd və bir skeletin çıxarıldığı bildirilib.

Açıqlamada 5 ildə ümumilikdə 119 ton zibilin, 14 meyitin və bir neçə skeletin çıxarıldığı bildirilib.

Nepal Turizm Departamentinin Alpinizm direktoru Rakesh Gurung BBC-yə bildirib ki, hökumət gələcəkdə zibillərin toplanması üçün daha çox büdcə ayırmağı planlaşdırır.

Gurung deyib ki, hökumət dağdakı izdihamı azaltmaq və təhlükəsizliyi təmin etmək üçün zirvəyə qalxmağa çalışan alpinistlərin sayını azaltmağa çalışır.

Eyni zamanda, Everest dağında 50 tondan çox tullantı və 200-dən çox cəsədin olduğu təxmin edilir.

Günel Məlikzadə