Spikerdən deputatlara irad: Diqqətli olun!
    • 7-06-2024, 12:47
    • 210

Spikerdən deputatlara irad: Diqqətli olun!

Türk Dövlətləri Parlament Assambleyasının 13-cü plenar iclasında Assambleyaya sədrlik Türkiyə Respublikasından Azərbaycan Respublikasına təhvil verildi. Beləliklə, hazırda Milli Məclis üç beynəlxalq parlament qurumuna sədrlik edir. TÜRKPA ilə yanaşı Milli Məclis Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində və Asiya Parlament Assambleyasında da sədrlik edir.

News24.az bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Spiker çıxışı zamanı bəzi deputatlara iradını dilə gətirib:

"Bunlar çox ciddi qanun layihələridir, ciddi də münasibət tələb olunur. Qanun layihəsinin müzakirəsində diqqətli olun. Müzakirələrdə iştirak etmək istəməyənlər artıq zaldan çıxıb".

Şəhanə