Məşhur rəssam intihar etdi
    • 8-06-2024, 11:49
    • 265

Məşhur rəssam intihar etdi

Dünya məşhur rəssam Ben Votierin ölümündən danışır. Müasir sənətə qayğısız yanaşması ilə tanınan fransız sənətçinin həyat yoldaşının ölümündən bir neçə saat sonra 88 yaşında dünyasını dəyişdiyini ailəsi açıqlayıb.

News24.az xəbər verir ki, Vautyenin həyat yoldaşı insult keçirdikdən iki gün sonra bazar ertəsi ölüb. Sənətçinin ailəsi "Onsuz yaşaya bilməyən və istəməyən Ben bir neçə saat sonra Fransanın cənubundakı evində intihar etdi" deyib.

İsveçrə əsilli fransız rəssamı Benjamin Votier Ben təxəllüsü ilə tanınıb. Cütlük 1960-cı illərdə evlənib və iki övladları var.

Özünü öyrədən bir rəssam olan Benin sənət dünyasına girişi 1950-ci illərin sonlarında Nitsada sərgi sahəsi və rəssamların görüş yerinə çevrilən qalereya açması ilə başlayıb.

Günel Məlikzadə