Almaniya AVRO-2024 heyətini açıqladı
    • 8-06-2024, 14:53
    • 282

Almaniya AVRO-2024 heyətini açıqladı

İyunun 14-dən iyulun 14-dək AVRO-2024-ə ev sahibliyi edəcək Almaniya turnirdə mübarizə aparacaq 26 nəfərlik heyətini açıqlayıb.

News24.az xəbər verir ki, qapıçılar bunlardır:

Oliver Baumann, Manuel Nouer, Mark-Andre ter Stegen

Müdafiəçilər: Valdemar Anton, Benjamin Henrixs, Coşua Kimmix, Robin Kox, Maksimilian Mittelştadt, David Raum, Antonio Rüdiger, Niko Şlotterbek, Conatan Tah

Yarımmüdafiə: Robert Andriç, Kris Führix, Paskal Qros, İlkay Gündoğan, Toni Kroos, Camal Musiala, Aleksandr Pavloviç, Leroy Sane, Florian Virts

Hücum: Maksimilian Beier, Niclas Füllkrug, Kai Havertz, Tomas Müller, Deniz Undav

AVRO 2024 OYUN CƏDVƏLİ

Komanda bazar ertəsi Herzogenaurachdakı Komanda Düşərgəsində yenidən toplanacaq. İyunun 14-də Münhendə UEFA AVRO-2024-ün açılış matçında Almaniya Şotlandiya ilə qarşılaşacaq.

Daha sonra qrupda qalan görüşlərdə iyunun 19-da Ştutqartda Macarıstan, 23-də isə Frankfurtda İsveçrə ilə qarşılaşacaqlar.


Günel Məlikzadə