Avropa Parlamentinə seçkilərdən sonra AVRO UCUZLAŞDI
    • 10-06-2024, 09:36
    • 357

Avropa Parlamentinə seçkilərdən sonra AVRO UCUZLAŞDI

Avropa İttifaqının əksər üzvlərinin ortaq valyutası olan avro Avropa Parlamentinə seçkilərdən sonra son bir ayın ən aşağı səviyyəyə düşüb.

News24.az xəbər verir ki, bazarların ilk dəfə açıldığı Asiyada avro ABŞ dolları qarşısında 0,3 faiz dəyər itirərək 1,0764-ə düşüb.

Avropa Parlamentində sağ partiyaların böyük qələbə qazanması və Fransa prezidenti Emmanuel Makronun növbədənkənar seçki qərarını açıqlamasından sonra avronun ucuzlaşdığı müşahidə edilib.

Exit-poll nəticələrinə görə, Marin Le Penin partiyası olan ifrat sağçı Milli Ralli (RN) Avropa Parlamentində birinci olub və Makron riskli qərar qəbul edib parlamenti buraxıb.

Onu da qeyd edək ki, "Reuters" xəbər agentliyinə danışan Almaniyada fəaliyyət göstərən investisiya bankı Berenberg-in baş iqtisadçısı Holger Schmieding, Makronun seçkidə uduzacağı təqdirdə daha milli siyasətlərdə söz sahibi olma haqqına sahib olmayacağını və bunun bazarlar üçün pis xəbər olduğunu söyləyib.

Günel Məlikzadə