“Anamın yanında danışığına fikir verməyən insandır”
    • 10-06-2024, 22:22
    • 3 901

“Anamın yanında danışığına fikir verməyən insandır”

Müğənni Əminə Şirin meyxanaçı Vüqar Əbdülovla küsülülüyünə aydınlıq gətirib.

News24.az OLAY-a istinadən yazır ki, o, “Günaydın Azərbaycan” verilişində bu barədə danışıb. Aparıcı Xoşqədəm Hidayətqızının “Bəlkə, sizi barışdırım?” sualına:

“Qətiyyən! O, anam yanımda ola-ola danışığına fikir verməyən insandır. Nə səhv edirsənsə, mənim özümə et, mən keçəcəyəm. Amma mənim yanımda mənim anam varsa...”, - deyə, cavab verib.