Bruklin Bekhem niyə atası kimi futbolçu olmadı?
    • 11-06-2024, 12:48
    • 267

Bruklin Bekhem niyə atası kimi futbolçu olmadı?

Təqaüdçü futbolçu Devid Bekhemin böyük oğlu Bruklin Bekhem karyera seçimi ilə bağlı açıqlamalar verib. 

News24.az xəbər verir ki, 25 yaşlı Bruklin niyə atası kimi futbolçu olmadığını açıqlayıb.

"Mən həmişə futbol dünyasına daxil olmaq istəmişəm. Uzun müddət oynadım. Əslində mən futbolu çox sevirdim” deyib.

"InStyle" jurnalına danışan ulduz, "Böyüyəndə, xüsusən də mənimki kimi atanız olanda hamı "Böyük oğlum futbolçu olacaq" deyir. Mən də bunu sevirdim. Çox sevirdim. Futbol üçün çox darıxıram.."

Lakin Bruklin hər şeyin yaxşı getmədiyini deyib: "Futbol oynadım, amma istədiyim kimi olmadı. Ona görə də fotoqrafiyaya üz tutdum. Bir neçə il bu işlə məşğul oldum və çox əyləndim. Sonra mən də modellik etdim".

Bruklin Bekhem etdiyi hər seçimdə ailəsinin onu dəstəklədiyini deyib.

Günel Məlikzadə