-
- 11-06-2024, 20:33
- 609
Saqqız və diş pastası infarkt riskini artırır
Saqqız və diş pastasının tərkibində olan ksilitolun infarkt və insult riskini artırdığı müəyyən edilib.
News24.az Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə araşdırma “European Heart Journal” jurnalında dərc olunub.
Bildirilib ki, diabet xəstələrinin istifadə etdiyi ksilitol, saqqız və diş pastası kimi məhsullarda da var.
3 il ərzində aparılan yeni araşdırmada ksilitolun ürək-damar sağlamlığına təsiri öyrənilib.
Üç il ərzində izlənilən bəzi iştirakçılar ürək-damar problemləri yaşasa da, qanında yüksək səviyyədə ksilitol olanlarda bu daha çox olub.
Daha sonra insan və siçan üzərində təcrübə aparan tədqiqatçılar müəyyən ediblər ki, ksilitol qanda trombositlərin laxtalanmasını sürətləndirir.
Bu qan laxtaları infarkt, insult və hətta ölümlə nəticələnə bilər.