Xalq artistindən GİLEY-GÜZAR: “Ölüb gedəcəyəm, amma istədiyimi edə bilməyəcəyəm”
    • 11-06-2024, 21:22
    • 4 743

Xalq artistindən GİLEY-GÜZAR: “Ölüb gedəcəyəm, amma istədiyimi edə bilməyəcəyəm”

“Təəssüflər olsun ki, bu gün muğam ifaçılarından çox, bayağı mahnılar oxuyanlara diqqət ayrılır. Onların konsertləri təşkil olunur”.

News24.az xəbər verir ki, bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış müğənni, Xalq artisti Simarə İmanova deyib.

Xalq artisti solo-konsert vermək istədiyini, lakin bunun üçün maddi köməyinin olmadığını vurğulayıb:

“Mən istəyirəm Heydər Əliyev Sarayında konsert verim. Ürəyim istəyən peşəkar musiqiçiləri maliyyələşdirim, konsertimin gözəl reklamını təşkil edim, yüksək səviyyədə afişalarım olsun. Necə edim? Bunun üçün maliyyə lazımdır. Mən yaşa doluram, bir gün ölüb gedəcəyəm, amma istədiyimi edə bilməyəcəyəm. Bəs bu konserti indi etməyib, nə vaxt edəcəm? Axı bu səs həm də xalqa məxsusdur. Bugünkü gündə qalmışam qıraqda. Yalnız universitetdə dərs deyirəm, vəssalam. O maaşla neyləyə bilərəm? Konsertimi maliyyələşdirən təşkilatçılar lazımdır”.

Sənətçi bayağı mahnıların daha çox təbliğ olunduğunu təəssüf hissi ilə bildirib:

“Təəssüflər olsun ki, bu gün muğam ifaçılarından çox, bayağı mahnılar oxuyanlara diqqət ayrılır. Onların konsertləri təşkil olunur. El şənliklərində onlar daha çox yer alıb, nəinki muğam ifaçıları. Muğamat demək olar, toylarda yaddan çıxıb. İnsanlar öz toyunda, məclisində bayağı mahnıları təbliğ etməklə məşğuldur”.