Xalq artistindən SƏRT SÖZLƏR: “Bu sözü eşidəndə utanıram”
    • 17-04-2024, 22:54
    • 707

Xalq artistindən SƏRT SÖZLƏR: “Bu sözü eşidəndə utanıram”

“Yəni biz bu qədər cılızlaşmışıq ki, efirlərimizi belə bayağı oxuyanlar bürüyüb?”

News24.az bildirir ki, bunu Yenicag.az-a açıqlamasında Xalq artisti Simarə İmanova deyib.

Tanınmış xanəndə bu gün efirlərdə, eləcə də el şənliklərində meydan sulayan bayağı müğənnilərin milli musiqimizə vurduğu zərbədən narahatlığını dilə gətirib:

“Bu gün bəzi özəl telekanallarımızda aparıcılar var ki, sənəti olmayan, oxuya bilməyən müğənniləri tərifləyib, göylərə qaldırırlar. Onları hətta sənətkar kimi təqdim edirlər. Bu sözü eşidəndə utanıram. Yəni biz bu qədər cılızlaşmışıq ki, efirlərimizi belə bayağı oxuyanlar bürüyüb? Təəssüflər olsun ki, elələri də el şənliklərində, toylarda yuxarı başdadırlar. Bir dünya pul töküb elələrini toya aparırlar. Toylarda bu qədər bayağı mahnılara yer verilir, belə olmaz, bunu axırı heç yaxşı görünmür. Belə şeyləri görürük, məcburən sənət adamları çəkilib, oturmuşuq bir kənarda. Senzura olmalıdır, efirlərə hər oxuyanı dəvət etmək olmaz. Bu gün açıq-saçıq geyinib orasını-burasını göstərənlər dəbdədir. Biz o tərbiyənin yiyəsi deyilik axı. Sənət adamının oxumağı da, geyimi də, tərbiyəsi də yerində olmalıdır. Amma bu gün istər sosial şəbəkələrdə, istərsə də özəl telekanallarda soyunub, bədənlərini göstərənlər nümunə olub. Onlara baxan uşaq, yeniyetmə, cavan hansı tərbiyəni götürəcək. Biz həmişə efirə baxıb sənətkarlarımızı özümüzə örnək sayırdıq. Amma indi soyunanlara baxıb, örnək götürürlər, deyirlər, mən də onun kimi soyunum, bədənimi göstərim, gedim qabağa. Bu, sənət deyil axı. Biz sənətkarların haqqıdır ki, iradlarımızı bildirək, sözümüzü deyək. Çünki milli musiqimizi qoruyub, gələcək nəsillərə çatdırmaq sənət adamlarının borcudur”.