Fransada erkən seçkilər
    • 11-06-2024, 17:22
    • 306

Fransada erkən seçkilər

Fransada Avropa Parlamenti seçkilərinin əks-sədaları davam edir.

News24.az xəbər verir ki, İfrat sağçıların prezident Emmanuel Makronun hakim partiyası üzərində böyük səs fərqi ilə qalib gəlməsi ölkədə tarazlığı sarsıdıb.

Makron Milli Məclisi buraxıb növbədənkənar seçkilər elan etdiyi halda, xalq iki gündür ki, ifrat sağçılara qarşı küçələrdədir.

Parisin sosialist meri Anne Hidalqo dünən verdiyi açıqlamada prezidentə reaksiya göstərərək, Makronun Olimpiya Oyunları ərəfəsində belə bir qərar qəbul etməsini "narahatedici" adlandırıb.

Daha bir açıqlama ilə bu gün Fransanın maliyyə naziri Bruno Le Maire çıxış edib.

"Fransa parlament seçkilərində aydın səs çoxluğu əldə olunmasa, bu, böhranla nəticələnəcək", - Le Maire deyib, Reuters xəbər verir.

Digər tərəfdən, IFOP-un Paris Match jurnalı üçün bu gün keçirdiyi sorğuya görə, ictimaiyyətin 60 faizi Marin Le Penin ifrat sağçı Milli Ralli Partiyasının erkən seçkilər öncəsi Fransada ən populyar partiya olduğunu düşünür.

Milli Birliyin qalib gəlməsini istəyən nisbət 36%-dır.

Sorğuya görə, Makronun partiyası Rönesans və sol cəbhənin hər biri 15%-də qalıb.

Avropa Parlamenti seçkilərində Milli Birlik 31,5 faiz səs toplasa da, Rönesans 15,2 faizdə qalıb.

Günel Məlikzadə