-
- 11-06-2024, 18:53
- 370
Avropa çempionatının əsas favoritlərini AÇIQLADI
UEFA prezidenti Aleksander Çeferin Avro-2024-ün əsas favoritlərini açıqlayıb.
“Mən artıq dostlarıma dedim: niyə bilmirəm, amma Almaniyanı əsas favoritlərdən biri hesab edirəm. Onlar son illərdə olduqca pis idilər, lakin yaxşı komandaları var. Fransa yığması ilə yoldaşlıq oyunundan (2:0) sonra isə tamam başqa səviyyəli komanda gördüm”, - Lent.az xarici KİV-ə istinadən bildirir ki, Çeferin söyləyib.
Onun sözlərinə görə, həmişə deyir ki, İspaniyanı heç vaxt qiymətləndirməyi unutmayın: “Xorvatiya, Belçika, Hollandiya, ola bilsin Danimarka da var. Amma Almaniya, Fransa, İngiltərə və Portuqaliya, fikrimcə, bunlar Avropa çempionatının favoritləridir”.
Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.//lent.az