Generalın istəyi reallaşmadı – Qərar
    • 12-06-2024, 10:55
    • 1 923

Generalın istəyi reallaşmadı – Qərar

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı ərizəsinin təmin olunmaması barədə qərardan verdiyi apellyasiya şikayətinə baxılıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Məhkəmə belə hesab edib ki, 10 il 6 ay azadlıqdan məhrum edilmiş Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi mümkün deyil.

Məhkum Elçin Quliyev cəzasının 2/3 hissəsini çəksə belə, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanıldığı üçün yeri dəyişdirilə bilməz.

Qanuna görə, yalnız ümumi rejimli cəzaçəkmə müəssəsində saxlanılan şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülə bilər.

Bundan əvvəl Xəzər Rayon Məhkməsi də eyni səbəbdən müraciəti geri qaytarmışdı. Yuxarı instansiya məhkəməsi də şikayəti əsassız olduğundan rədd edib.

Qeyd edək ki, məntəqə tipli cəzaçəmə müəssisəsində saxlanılan şəxs müəyyən vaxtlarını azadlıqda keçirə bilir.

Qeyd edək ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.

Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.