Hizbullah İsrailə intensiv raket zərbələri endirdi
    • 12-06-2024, 11:24
    • 443

Hizbullah İsrailə intensiv raket zərbələri endirdi

Livan mediasının məlumatına görə, Hizbullah İsrailin şimal bölgələrinə bir dəfəyə ən azı 100 raket atıb. “Times of Israel” qəzetinin xəbərində sərhəd xəttindəki ən azı 52 yaşayış məntəqəsində sirenlərin səsləndiyi bildirilib.

News24.az xəbər verir ki, İsrail Ordusu Radiosu Livandan İsrailin şimalına atılan 100 raketin aşkarlandığını təsdiqləyib.

İSRAİL HÜCUMU

İsrail dünən gecə saatlarında Livanın cənubundakı Couya kəndinə hücum edib. Hücum nəticəsində Hizbullahın yüksək səviyyəli səhra komandiri və üç döyüşçüsü həlak olub.

Hizbullah verdiyi açıqlamada komandirin ölümünü təsdiqləyib və onun Əbu Talib kimi tanınan Taleb Abdullah olduğunu bildirib.

Günel Məlikzadə