Sülhməramlılar Azərbaycanı tam tərk etdi - RƏSMİ
    • 12-06-2024, 15:17
    • 323

Sülhməramlılar Azərbaycanı tam tərk etdi - RƏSMİ

Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk edib.