Çingizin möhtəşəm performansı hər kəsi heyran etdi
    • 15-05-2019, 19:22
    • 1 070

Çingizin möhtəşəm performansı hər kəsi heyran etdi

"Eurovision 2019" təmsilçimiz Çingiz Mustafayev çıxışına 1 gün qalmış "Expo Tel-Əviv" səhnəsində ilk tam hazırlıq çıxışını başa vurub. 

News24.az-ın İsrailə ezam olumuş müxbirinin verdiyi məlumata görə, ifaçı 18 nömrə altında səhnəyə çıxıb. Dünyanın bir çox ölkəsindən gələn media nümayəndələrinin böyük maraqla gözlədiyi çıxış ümidləri doğruldub. Ç.Mustafayevin ifası, səhnə quruluşu mətbuat mərkəzində böyük alqışla qarşılanıb. Müğənninin mahnısında muğama müraciət etməsi onun ifasına xüsusi rəng qatıb. Maraqlı quruluşa malik olan səhnədə 3D proyeksiyadan istifadə olunub. 

Qeyd edək ki, 16 may tarixində 18 nömrə altında səhnəyə çıxmağa hazırlaşan ifaçının bu gün axşam saatlarında əsas hazırlıq məşqi baş tutacaq və məhz bu gün münsiflər iştirakçılara öz səslərini verəcək.

Teymur MƏMMƏDOV