-
- 15-05-2019, 20:25
- 1 369
"Mənim ilham pərim Türkiyədədir" - Ramiz Rövşənin kitabları təqdim olundu - FOTO/VIDEO
Azərbaycanın görkəmli şairi Ramiz Rövşənin kitabının təqdimatı və imza günü keçirilib.
News24.az xəbər verir ki, bu gün LIBRAFF-ın Park Akademiya filialında baş tutan görüşdə şair üç yeni kitabından bəhs edib, oxucuların suallarını cavablandırıb.
“Mən bu qədər oxucunu, sizin sevginizi görüb çox sevinirəm. Həmişə demişəm, uşaqlara şeiri, dilimizi sevdirmək onları körpəlikdən peyvənd etməkdir. Yeni kitabımda hər hərfə şeir yazılıb. Övladlarınıza sevgi öyrədin, sevgi aşılayın. Klassik uşaq şeirlərində sonda bir qədər bədbinlik var. Mən bu dəfə uşaqlarımızı güclü və rəhimli olmağa çağırıram", - Ramiz Rövşən bildirib.
Daha sonra oxuculardan birinin şairə ünvanladığı “Sizə bu yaşınızda da sevgi şeiri yazdıran hansı bəxtəvərdir” sualı da cavab maraqla qarşılanıb. “Düzü, indi sevgi şeiri yazmıram, cavanlıqda yazdığım şeirlərdir və hələ indi çap olunur. O ki qaldı sualınıza, mən elə bilirəm ki, o bəxtəvər mənim evimdədir. Ancaq mənim ilham pərim ildə bir- iki dəfə gəlir, Türkiyədədir. Selcan nəvəmdir”, – deyə şair cavabını verib.
Digər sualları da cavablandıran R.Rövşən sevdiyi şairlərdən də söz açıb: “Sevdiyim şair çoxdur, ancaq hər zaman qəlbimdə gəzdirdiyim iki şair var: biri Füzulidir, digəri isə Müşfiq”. Qeyd edək ki, Ramiz Rövşənin tədbirdə təqdim olunan yeni kitablarından artıq 300-nün satıldığı bildirildi. Sonda kitablarına imzalatmaq üçün yaxınlaşan xanımlar şairə sevgilərini, ehtiramlarını dilə gətirdilər. Tədbirdə eyni zamanda şairin dostları- “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, millət vəkili Fazil Mustafa və digərləri də iştirak edib.
Afaq Mirayiq
Fərid Şabanov - foto